SON DƏQİQƏ! Bu verilişlərlə bağlı qərar verilir - ÖZƏL

Televiziya verilişləri nəzarətə götürülüb.Azərbaycanda yayımlanan bir neçə tanınmış televiziya proqramı ilə bağlı nəzarət tədbirlərinin gücləndirildiyi bildirilir.Oxu24.com-un məlumatına görə, aparıcı Zaur Baxşəliyevin təqdim etdiyi “Bizimləsən”, Amil Xəlilin “Gəl danış”, Xoşqədəm Hidayətqızının


“Səni axtarıram”, Lalə Azərtacın "Təsir Dairəsi" və Nuranə Gülərin aparıcılıq etdiyi “Çıxış yolu” proqramları monitorinqə cəlb olunub. Araşdırma çərçivəsində verilişlərdə səsləndirilən fikirlər, iştirakçıların şərəf və ləyaqət hüquqlarının qorunması, şəxsi həyatın toxunulmazlığı və etik davranış qaydalarına əməl olunması məsələləri diqqətlə nəzərdən


keçirilir.Xüsusilə sosial mövzuların ictimailəşdirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunması əsas prioritet kimi göstərilir.Məqsəd televiziya məkanında yayımlanan proqramların cəmiyyətə təsirinin qiymətləndirilməsi və mümkün hüquq pozuntularının qarşısının alınmasıdır.Hazırda məsələ ilə bağlı rəsmi qurumların yekun qərarı gözlənilir.Qeyd edək ki,Audiovizual Şura bu gün iki veriliş haqqında


açıqlama yayıb."Son günlər Audiovizual Şuranın rəsmi veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri ilə vətəndaşlardan, eyni zamanda media nümayəndələrindən şikayət və sorğular daxil olur.Bildirilib ki, həmin müraciətlərin mövzusu bir sıra televiziya proqramları (“Tarixin bir günü”, “Elgizlə izlə” və sairə), onların aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə bağlıdır.“Bəzi müraciətlərdə həmin televiziya


proqramlarının və ya ümumən kanalların bağlanması tələb olunur.Məlum olduğu kimi, Audiovizual Şura audiovizual media sahəsində tənzimləməni həyata keçirən dövlət orqanıdır. Audiovizual Şuranın fəaliyyəti və ümumiyyətlə, audiovizual media sahəsinin tənzimlənməsi “Media haqqında” Azərbaycan


Respublikası Qanunu və digər müvafiq qanunlar əsasında aparılır. “Media haqqında” Qanunun 5.4-cü maddəsində təsbit olunmuşdur ki, media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir.Qeyd olunanlara əsasən bildiririk ki, hər hansı bir proqramın fəaliyyətə başlaması və ya bağlanması, habelə hər hansı bir aparıcının və ya redaksiya əməkdaşının işə götürülməsi


və ya işdən çıxarılması, dəvət olunan qonaqların, müzakirə olunan mövzuların müəyyən edilməsi sırf redaksiya siyasəti çərçivəsinə daxil olub Audiovizual Şuranın səlahiyyətlərinə aid deyildir. Audiovizual Şura hər hansı bir kanala (redaksiyaya) qarşı sanksiya və ya inzibati tənbeh tədbiri tətbiq edərkən “Media haqqında” Qanuna və bu sahəni tənzimləyən digər qanunlara əsaslanaraq qərar qəbul edir.Buna görə də, müraciətlərdə bəzi vətəndaşlar tərəfindən istənilən kimi hər hansı


proqramın bağlanmasını və ya aparıcının efirdən uzaqlaşdırılmasını Audiovizual Şura yerinə yetirə bilməz.Bununla bərabər qeyd olunmalıdır ki, Audiovizual Şura mütəmadi olaraq yayımçıların rəhbərləri ilə, redaksiya üzrə məsul şəxsləri ilə müxtəlif formatlarda görüşlər keçirir. Görüşlərdə televiziya kanalları ilə


bağlı ictimaiyyətin haqlı narazılığına səbəb olan məsələlərə dair Audiovizual Şuranın səlahiyyətləri çərçivəsində zəruri tövsiyələrin verilməsi təmin olunur",-deyə açıqlamada qeyd olunur.Nərmin Balacayeva


SON DƏQİQƏ! Bu verilişlərlə bağlı qərar verilir - ÖZƏL

Сообщает oxu24.com

 

Опубликовано: 20:56, 25.02.2026

 

Новость из рубрики: Авто

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

Yas mərasimləri ilə bağlı QƏRAR VERİLƏ BİLƏR - Qadağan ediləcək 21:06, 25 Фев Yas mərasimləri ilə bağlı QƏRAR VERİLƏ BİLƏR - Qadağan ediləcək? Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti qəti qərarın tətbiq ...

SON DƏQİQƏ: Azərbaycanda minimum əməkhaqqı artırılacaq 21:02, 25 Фев SON DƏQİQƏ: Azərbaycanda minimum əməkhaqqı artırılacaq Hazırda Əmək Məcəlləsinə edilən 2026-cı il dəyişiklikləri minimum əmək haqqına baxılmasını illik qaydaya salır. Yəni bundan sonra qanunla hər il ən a...

Nazirlikdən üzərliklə bağlı xəbərdarlıq 21:15, 25 Фев Nazirlikdən üzərliklə bağlı xəbərdarlıq Üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər mövcuddur".Ulusum.az xəbər verir ki, bu, Səhiyyə Nazirliy...

Audiovizual Şuradan televiziyalarla bağlı şikayətlərə MÜNASİBƏT 20:59, 25 Фев Audiovizual Şuradan televiziyalarla bağlı şikayətlərə MÜNASİBƏT Son günlər Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmi veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri ilə vətəndaşlardan, eyni zamanda m...