Mərkəz Seçki Komissiyası (MSK) bu il yenidən formalaşdırılmalıdır. Komissiyanın hazırkı heyətinin səlahiyyət müddəti aprel ayında başa çatacaq. Mövcud qanunvericiliyə görə, MSK-nın səlahiyyət müddəti 5 ildir. İndiki tərkib isə 2021-ci il aprelin 27-dən iş başındadır. Musteqil.az “Yeni Sabah”a istinadən xəbər verir ki, hazırda MSK-ya mart ayının 13-də 75 yaşı tamam olacaq Məzahir Pənahov sədrlik edir.
Komissiyanın ən yaşlı üzvü 79 yaşlı Şaitdin Əliyev və Nizami Nadirxanlıdır. Ən gənc üzv isə İlkin Şahbazovdur. Onun 38 yaşı var. MSK-nın tərkibi belədir: Məzahir Pənahov – 1951-ci ildə doğulub. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 2000-ci il mayın 19-da Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Parlamentdə deputatları çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının təmsilçisidir. Rövzət Qasımov – MSK sədrinin
müavini O, 1978-ci ildə doğulub. İxtisasca ingilis dili üzrə tərcüməçi, dövlət və bələdiyyə idarəetməsi mütəxəssisidir. R.Qasımov 28 ildir MSK-da çalışır. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin, 2011-ci ildən isə MSK Katibliyinin müdiri olub. Hazırda MSK-da YAP-ı təmsil edir. Mikayıl Rəhimov – MSK katibi 1962-ci ildə doğulub. İxtisasca inşaat mühəndisi və iqtisadçıdır, iqtisad üzrə
fəlsəfə doktorudur. 2010-cu ildən MSK üzvüdür. Komissiyada deputat Qüdrət Həsənquliyevin sədri olduğu Ədalət, Hüquq və Demokratiya Partiyasını təmsil edir. Arifə Muxtar – MSK katibi 1976-cı ildə doğulub. İxtisasca hüquqşünasdır. MSK-da Milli Məclisin bitərəf deputatlarınıə təmsil edir. Fuad Cavadov – MSK üzvü 1957-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. Hüquq elmləri doktorudur. Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib.
Parlamentdə heç bir siyasi partiyaya mənsub olmayan deputatları təmsil edir. Şaitdin Əliyev – MSK üzvü 1947-ci ildə doğulub. İxtisasca inşaat mühəndisi və hüquqşünasdır. 2010-cu ildən MSK-nın heyətində yer alır. Əvvəllər komissiyanın sədr müavini olub. Hazırda sıravi üzvdür. MSK-da YAP-ı təmsil edir. Bəxşeyiş Əsgərov – MSK üzvü 1963-cü ildə doğulub. İxtisasca hüquqşünasdır, hüquq üzrə fəlsəfə
doktorudur. 2011-ci ildən komissiyada deputat Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyasının təmsilçisidir. Nailə Əsgərova – MSK üzvü 1976-cı ildə doğulub. İxtisasca hüquqşünasdır. MSK-da bitərəf deputatların nümayəndəsidir. Tofiq Həsənov – MSK üzvü 1971-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. O, Milli Məclisin deputatı Asim Mollazadənin sədri olduğu Demokratik İslahatlar Partiyası və onun həmkarı Sabir Hacıyevin vaxtilə rəhbərlik etdiyi
Vətəndaş Birliyi Partiyasını təmsil edir (VBP ləğv olunub). Ramiz İbrahimov – MSK üzvü 1951-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. R.İbrahimov parlamentdə 68 üzvü olan Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edir. Validə Kazımova – MSK üzvü 1949-cu ildə doğulub. İxtisasca hüquqşünasdır. Qanunverici orqanın qərarı ilə
Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. O, Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edir. İlham Məmmədov – MSK üzvü 1961-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. Parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Qanunverici orqanda birtərəf deputatları təmsil edir. Nizami Nadirxanlı – MSK üzvü 1947-ci ildə doğulub. İxtisasca
hüquqşünasdır. Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Nizami Nadirxanlı parlamentdə bitərəf deputatları təmsil edir. Qabil Orucov – MSK üzvü 1976-cı ildə doğulub. İxtisasca hüquqşünasdır. Milli Məclisinin 2000-ci il tarixli qərarı ilə Mərkəzi Seçki Komissiyasının
üzvü seçilib. O, bitərəf parlament nümayəndələrini təmsil edir. Hüseyn Paşayev – MSK üzvü 1968-ci ildə doğulub. İxtisasca tarixçidir. Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. H. Paşayev parlamentdə Yeni Azərbaycan Partiyasını təmsil edir. Almas Qəhrəmanlı – MSK üzvü 1961-ci ildə doğulub. İxtisasca elektrik-rabitə mühəndisidir. Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Qanunverici orqanda 3 təmsilçisi olan Vətəndaş Həmrəyliyi
Partiyasının (VHP) nümayəndəsidir. Etibar Quliyev – MSK üzvü 1963-cü ildə doğulub. İxtisasca inşaat mühəndisidir. Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Parlamentdə Ana Vətən Partiyasını (AVP) təmsil edir. İlkin Şahbazov – MSK üzvü 1988-ci
ildə doğulub. İxtisasca hüquqşünasdır. Qanunverici orqanın qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Milli Məclisdə Azərbaycan Demokratik Maarifçilik Partiyasının təmsilçisidir. Azərbaycan qanunvericiliyinə görə, MSK-nın 18 üzvü Milli Məclis tərəfindən təsdiq edilir və yerlər parlamentdə təmsil olunan siyasi qüvvələr arasında bölüşdürülür. Sədr postu da adətən hakim partiyanın təqdim etdiyi namizədə həvalə edilir.

Сообщает musteqil.az
Опубликовано: 20:59, 25.02.2026
Новость из рубрики: Авто
Поделиться новостью:
21:04, 25 Фев ABŞ-la yeni görüş olacaq Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna nümayəndə heyəti cümə axşamı ABŞ rəsmiləri ilə görüşəcəyini deyib. Gununsesi.info Reuters-ə istinadən x...
21:13, 25 Фев General oğlunun keçmiş sevgilisi: "Onun nə pulu var ki, mənə ev alsın?" - FOTO Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisi...