Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar.News24.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin
xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verdi.Bildirildi ki, Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxil olan bu kənd 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin
antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.Burada ümumilikdə 278 fərdi ev var. Onlardan 128-i yararsız, 150-si isə qismən yararlıdır. Qismən yararlı evlərin 20-si artıq təmir olunub, bu il daha 130 evdə təmir işləri aparılacaq.Bu ilin fevralında Xocavənd kəndinə 20 ailə - 94 nəfər qayıdıb. Cari ilin mart-dekabr aylarında kəndə daha 130 ailə - 533 nəfərin qayıtması planlaşdırılır.Ötən müddət
ərzində kənddə bir sıra sosialyönümlü işlər görülüb. Belə ki, 5 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib, 1500 metr uzunluğunda mövcud xətt bərpa edilib. Bundan başqa, 2100 metr uzunluğunda 0,4 kV-luq mövcud xətlər və 2 transformator məntəqəsi bərpa olunub.Kənddaxili yollar asfaltlanıb, piyada yolları çəkilib. Hazırda bu istiqamətdə işlər
davam etdirilir.Görülmüş işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş sakin Rizvan İbrahimovun evində yaradılmış şəraitlə tanış oldular və söhbət etdilər.Prezident İlham Əliyev: Salamaleyküm.Qadın sakin: Salam, xoş gəlmisiniz.Birinci xanım Mehriban Əliyeva: Xoş
gördük.Digər qadın sakin: Xoş gəlmisiniz.Prezident İlham Əliyev: Salam.Birinci xanım Mehriban Əliyeva: Xoş gördük, salam, gözəl.Prezident İlham Əliyev: Necə yerləşmisiniz?Kişi sakin: Çox əla, hər şey əladır. Allah sizdən razı olsun.Prezident İlham Əliyev: Sağ olun.Qadın sakin: Keçin içəri.Prezident İlham Əliyev: Ev şəraiti necədir?Kişi
sakin: Çox əladır, hər şey əladır.Prezident İlham Əliyev: Yaxşı, razısınızmı?Kişi sakin: Allah sizdən razı olsun. Allah sizi qorusun.Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm sizi, doğma Vətənə qayıtmaq münasibətilə.Kişi sakin: Çox sağ olun, Allah Sizi var eləsin.Prezident İlham Əliyev: Siz özünüz
buralısınız?Kişi sakin: Bəli.Prezident İlham Əliyev: Bu kənddə yaşamısınız?Kişi sakin: Bəli. O vaxt rəhmətlik Ulu Öndər də gəlmişdi buraya.Prezident İlham Əliyev: Bu kəndə gəlmişdi?Kişi sakin: Bəli. Səhv etmirəmsə, 1979-cu ildə.Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?Kişi sakin: Bakıda.Prezident İlham Əliyev: Şərait necə idi?Kişi sakin: Belə də,
şükür. Amma burada olsaydıq, daha yaxşı olardı.Prezident İlham Əliyev: İndi 35 ildən sonra buradasınız. Sizi neçənci ildə buradan çıxardıblar, 1991-də?Kişi sakin: Vertolyot partlayan gün, həmin gün bizi çıxartmışdılar. Sonra vertolyotla gələndə onları da şəhid etdilər.Prezident İlham Əliyev: Buraya yaxınlıqda idi?Kişi sakin: Bəli, Qarakənddə idi.Prezident İlham Əliyev: Buradan oraya məsafə nə qədərdir?Kişi sakin: 17
kilometrdir.Prezident İlham Əliyev: Təbrik edirəm sizi. Xoşbəxt yaşayın doğma Qarabağ torpağında, doğma kəndinizdə.Qadın sakin: Çox sağ olun, minnətdarıq.Kişi sakin: Çox sağ olun, hamısı Sizin sayənizdə. Allah Sizi var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin.Qadın sakin: Çox sevinirik, sevincimizin həddi-hüdudu yoxdur.Kişi sakin: Siz
bizə dünyanı bəxş etmisiniz, Quran haqqı. Nə deyiriksə, ürəkdən deyirik, elə-belə yox. Siz bizə yeni həyat vermisiniz.Qadın sakin: Sizin, Mehriban xanımın bizim ailənin qonağı olmağınız bizim sevincimizi ikiqat artırıb. Bu qayğıya görə Sizə minnətdarıq, çox
sağ olun.Prezident İlham Əliyev: Sağ olun, siz buna layiqsiniz. Uzun illər köçkün həyatı yaşamısınız əzab-əziyyət içində. Artıq o dövr tarixdə qaldı.Kişi sakin: Allah köməyiniz olsun, Allah Sizi var eləsin.Birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.Prezident İlham Əliyev: Bəli, gedək.Burada maldarlıq üçün yaxşı şərait var. Su necə?Kişi sakin: Var,
buranın hər yeri münbitdir. Allah Sizdən razı olsun.Prezident İlham Əliyev: Həyətyanı sahə də var?Kişi sakin: Var, 15 sot torpaq var.Prezident İlham Əliyev: Torpaq yəqin ki, ayrılacaq.Kişi (rəsmi şəxs): Həyətyanı sahə 20 sotdan çoxdur.Prezident İlham Əliyev: Mal-qaran da var, yoxsa yox?Kişi sakin: İnşallah, olacaq.Prezident İlham
Əliyev: Əlbəttə, olmalıdır.Kişi (rəsmi şəxs): Burada heyvandarlıq kompleksləri, fermalar var.Prezident İlham Əliyev: Yəni dolanışıq burada yaxşı olacaq.Qadın sakin: İnşallah.Prezident İlham Əliyev: Artıq sizdən asılıdır, dövlət nə lazımdırsa edib.Kişi sakin: Əlbəttə, Allah dövlətimizi qorusun, Sizi qorusun, ailənizi qorusun, nəvələrinizi qorusun.Prezident
İlham Əliyev: Sağ olun, cansağlığı arzulayıram. Xoşbəxt yaşayın.***
Сообщает news24.az
Опубликовано: 21:02, 25.02.2026
Новость из рубрики: Авто
Поделиться новостью:
21:02, 25 Фев Prezident Xocavənd şəhərində görülmüş işlərlə tanış oldu, sakinlərlə görüşdü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş...
21:02, 25 Фев Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşdü – FOTOLAR Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş...
21:04, 25 Фев İlham Əliyev Xocavənd kəndində sakinlərlə söhbət etdi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd...
21:03, 25 Фев "Düşmənin sonuncu yuvasını da dağıtmışıq" - İlham Əliyev Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır.Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ...
21:00, 25 Фев Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib - YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd...
21:04, 25 Фев İstanbula uçan təyyarədə yanğın oldu Yekaterinburq–İstanbul reysi zamanı Ural Hava Yolları aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin göyərtədə insident baş verib. Gununsesi.info Ba...
21:15, 25 Фев Çaylı kəndində stadion bərpa olunur VİİDEO Çaylı kəndində stadion yenilənir: birlik və həmrəylik nümunəsiBu gün Çaylı kəndində yüksələn quruculuq ruhu qədim ənənələrin müasir davamıdır. Burada...
21:14, 25 Фев İcra başçısı Kazımabad kəndində sakinlərlə görüşdü - FOTOLAR Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Kazımabad kəndində yaşayan vətəndaşlarla növbəti səyyar qəbulunu keçirib. Mecra.az xəbər ve...
21:14, 25 Фев Prezident Lənkərana getdi - FOTOLAR Bu gün Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Mecra.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak e...
21:03, 25 Фев Prezident və ailəsi sakinlərlə görüşdü - FOTOLAR Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş...
21:23, 25 Фев Prezident: Biznesini kengaytirmoqchi bo‘lganlarga 300 million so‘mgacha foizsiz ssuda beriladi Kecha, 24-fevral kuni Ko‘ksaroy qarorgohida Prezident Shavkat Mirziyoyevning yoshlar bilan muloqoti bo‘lib o‘tdi. Uchrashuvda Qoraqalpog‘iston Respub...