SON DƏQİQƏ: Azərbaycanda minimum əməkhaqqı artırılacaq

Hazırda Əmək Məcəlləsinə edilən 2026-cı il dəyişiklikləri minimum əmək haqqına baxılmasını illik qaydaya salır. Yəni bundan sonra qanunla hər il ən azı bir dəfə minimum əmək haqqının məbləğinə rəsmi şəkildə yenidən baxılması təmin olunacaq. Bu baxımdan bu il baxışın olması mümkündür, çünki artıq


belə bir hüquqi mexanizm yaradılıb. Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli minimum əmək haqqının mümkün artım perspektivləri haqqında danışarkən deyib. Ekspert bildirib ki, artım qərarı bir neçə iqtisadi göstərici nəzərə alınmaqla müəyyənləşdirilir: “Bu göstəricilər sırasında inflyasiya səviyyəsi, dövlət büdcəsinin gəlirləri və xərcləri, ölkədə yaşayış minimumu və istehlak səbətinin dəyəri, həmçinin orta əmək haqqının


səviyyəsi yer alır. Məsələn, pensiyaların indeksləşdirilməsi zamanı inflyasiya və orta əmək haqqının artımı əsas götürülür ki, bu meyarlar minimum əmək haqqının artırılması zamanı da nəzərə alına bilər”. A.Nəsirli vurğulayıb ki, rəsmi olaraq bu il üçün konkret artım faizi və ya məbləği ilə bağlı proqnoz açıqlanmayıb:


“2026-cı il üzrə rəqəmlər hələ təsdiqlənməyib və ya müzakirə mərhələsindədir. Buna görə də artımın miqdarı yalnız müvafiq qərardan sonra dəqiqləşəcək. Bəzi müstəqil ekspertlər və media şərhlərində 10 faiz civarında artım ehtimalı qeyd olunsa da, bunlar rəsmi proqnoz hesab edilmir. Minimum əmək haqqı sonuncu dəfə ötən ilin əvvəlində artırılıb və ənənəyə görə hökumət bu göstəricini təxminən iki ildən bir artırır. Bu dəfə də ilin sonuna yaxın minimum


əmək haqqının təxminən 50 manat artırılması ehtimalı var ki, bu da həm qanunun tələblərinə əməl olunmasını təmin edə, həm də əvvəlki praktikanın davamı kimi qiymətləndirilə bilər”.


SON DƏQİQƏ: Azərbaycanda minimum əməkhaqqı artırılacaq

Сообщает millitv.net

 

Опубликовано: 21:02, 25.02.2026

 

Новость из рубрики: Авто

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

SON DƏQİQƏ! Bu verilişlərlə bağlı qərar verilir - ÖZƏL 20:56, 25 Фев SON DƏQİQƏ! Bu verilişlərlə bağlı qərar verilir - ÖZƏL Televiziya verilişləri nəzarətə götürülüb.Azərbaycanda yayımlanan bir neçə tanınmış televiziya proqramı ilə bağlı nəzarət tədbirlərinin gücləndirildi...

Azərbaycanda icra hakimiyyətinin 30-a yaxın əməkdaşı işdən çıxarıldı 21:14, 25 Фев Azərbaycanda icra hakimiyyətinin 30-a yaxın əməkdaşı işdən çıxarıldı İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb. Mecra.az xəbər v...