Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna nümayəndə heyəti cümə axşamı ABŞ rəsmiləri ilə görüşəcəyini deyib. Gununsesi.info Reuters-ə istinadən xəbər verir ki, görüşdə müharibədən sonrakı bərpa planı, o cümlədən “rifah paketi” müzakirə olunacaq. Martın əvvəlində isə Rusiya ilə üçtərəfli danışıqların keçirilməsi gözlənilir. Zelenski qeyd edib ki, hazırda əsas çətinlik hərbi deyil, siyasi iradə
və ərazi məsələsidir. Onun sözlərinə görə, Ukraynanın nüvə silahı əldə etməyə çalışdığı barədə Rusiyanın iddiaları siyasi təzyiq məqsədi daşıyır və Kiyevin nüvə silahı yoxdur. Ukrayna tərəfi qarşıdakı görüşdə hərbi əsirlərin mübadiləsi və iqtisadi sənədlərin hazırlanmasını da müzakirə edəcək. Məlumata görə, müharibədən sonra ölkənin bərpası üçün növbəti 10 ildə təxminən 800 milyard dollar investisiya cəlb etmək planlaşdırılır. World Bank isə Ukraynanın iqtisadiyyatının yenidən qurulmasının
təxminən 588 milyard dollara başa gələcəyini açıqlayıb. Qeyd edək ki, Rusiya Donetsk vilayətinin nəzarətində qalan hissəsinin də Ukrayna tərəfindən təhvil verilməsini tələb edir, Kiyev isə ərazi güzəştinə getməyəcəyini bildirir. Gununsesi.info The post ABŞ-la yeni görüş olacaq
first appeared on Günün Səsi.

Сообщает www.gununsesi.info
Опубликовано: 21:04, 25.02.2026
Новость из рубрики: Авто
Поделиться новостью:
20:59, 25 Фев Məzahir Pənahovun son ili: Onun yerinə bu şəxslərdən biri olacaq Mərkəz Seçki Komissiyası (MSK) bu il yenidən formalaşdırılmalıdır. Komissiyanın hazırkı heyətinin səlahiyyət müddəti aprel ayında başa çatacaq. Mövcu...
21:15, 25 Фев Yeni Əl-Cuf Beynəlxalq Aeroportu 1,6 milyon sərnişin tutumu ilə fəaliyyətə başlayıb Yeni Əl-Cuf Beynəlxalq Aeroportu çərşənbə günü fəaliyyətə başlayıb və bu, köhnə hava limanından İkinci Hava Limanları Klasterinin nəzdində fəaliyyət ...
20:46, 25 Фев "Cüzi həyəcan olsaydı, oyunu əldən verə bilərdik" - "Xankəndi"nin yeni transferi "Xankəndi" qış fasiləsindən sonrakı ilk sınağından üzüağ çıxmağı bacardı. Həm baş məşqçisini dəyişən, həm də heyətə əl gəzdirən Qarabağ təmsilçisi "Q...