İlham Əliyev Xocavənd kəndində sakinlərlə söhbət etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar. Axar.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov


dövlətimizin başçısına və birinci xanıma kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verdi. Bildirildi ki, Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxil olan bu kənd 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. Burada ümumilikdə 278 fərdi ev var. Onlardan 128-i yararsız, 150-si isə qismən yararlıdır. Qismən yararlı evlərin 20-si artıq təmir olunub, bu


il daha 130 evdə təmir işləri aparılacaq. Bu ilin fevralında Xocavənd kəndinə 20 ailə – 94 nəfər qayıdıb. Cari ilin mart-dekabr aylarında kəndə daha 130 ailə – 533 nəfərin qayıtması planlaşdırılır. Ötən müddət ərzində kənddə bir sıra sosialyönümlü işlər görülüb. Belə ki, 5 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib, 1500 metr uzunluğunda mövcud xətt bərpa edilib. Bundan başqa, 2100 metr uzunluğunda 0,4 kV-luq mövcud


xətlər və 2 transformator məntəqəsi bərpa olunub. Kənddaxili yollar asfaltlanıb, piyada yolları çəkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Görülmüş işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş sakin Rizvan İbrahimovun evində oldular və söhbət etdilər. Prezident İlham Əliyev: Salamaleyküm. Qadın


sakin: Salam, xoş gəlmisiniz. Birinci xanım Mehriban Əliyeva: Xoş gördük. Digər qadın sakin: Xoş gəlmisiniz. Prezident İlham Əliyev: Salam. Birinci xanım Mehriban Əliyeva: Xoş gördük, salam, gözəl. Prezident İlham Əliyev: Necə yerləşmisiniz? Kişi sakin: Çox əla, hər şey əladır. Allah sizdən razı olsun. Prezident İlham Əliyev: Sağ olun. Qadın


sakin: Keçin içəri. Prezident İlham Əliyev: Ev şəraiti necədir? Kişi sakin: Çox əladır, hər şey əladır. Prezident İlham Əliyev: Yaxşı, razısınızmı? Kişi sakin: Allah sizdən razı olsun. Allah sizi qorusun. Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm sizi, doğma Vətənə qayıtmaq münasibətilə. Kişi sakin: Çox sağ olun, Allah Sizi var eləsin. Prezident İlham Əliyev: Siz özünüz buralısınız? Kişi sakin: Bəli. Prezident İlham Əliyev: Bu kənddə yaşamısınız? Kişi sakin: Bəli. O vaxt


rəhmətlik Ulu Öndər də gəlmişdi buraya. Prezident İlham Əliyev: Bu kəndə gəlmişdi? Kişi sakin: Bəli. Səhv etmirəmsə, 1979-cu ildə. Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız? Kişi sakin: Bakıda. Prezident İlham Əliyev: Şərait necə idi? Kişi sakin: Belə də, şükür. Amma burada olsaydıq, daha yaxşı olardı. Prezident İlham Əliyev: İndi 35 ildən sonra buradasınız. Sizi neçənci ildə buradan çıxardıblar, 1991-də? Kişi sakin: Vertolyot partlayan gün,


həmin gün bizi çıxartmışdılar. Sonra vertolyotla gələndə onları da şəhid etdilər. Prezident İlham Əliyev: Buraya yaxınlıqda idi? Kişi sakin: Bəli, Qarakənddə idi. Prezident İlham Əliyev: Buradan oraya məsafə nə qədərdir? Kişi sakin: 17 kilometrdir. Prezident İlham Əliyev: Təbrik edirəm sizi. Xoşbəxt yaşayın doğma Qarabağ torpağında, doğma kəndinizdə. Qadın sakin: Çox sağ olun, minnətdarıq. Kişi


sakin: Çox sağ olun, hamısı Sizin sayənizdə. Allah Sizi var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Qadın sakin: Çox sevinirik, sevincimizin həddi-hüdudu yoxdur. Kişi sakin: Siz bizə dünyanı bəxş etmisiniz, Quran haqqı. Nə deyiriksə, ürəkdən deyirik, elə-belə yox. Siz bizə yeni həyat vermisiniz. Qadın sakin: Sizin, Mehriban xanımın bizim ailənin qonağı olmağınız bizim sevincimizi ikiqat artırıb. Bu qayğıya görə Sizə


minnətdarıq, çox sağ olun. Prezident İlham Əliyev: Sağ olun, siz buna layiqsiniz. Uzun illər köçkün həyatı yaşamısınız əzab-əziyyət içində. Artıq o dövr tarixdə qaldı. Kişi sakin: Allah köməyiniz olsun, Allah Sizi var eləsin. Birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə


şəkil çəkdirək. Prezident İlham Əliyev: Bəli, gedək. Burada maldarlıq üçün yaxşı şərait var. Su necə? Kişi sakin: Var, buranın hər yeri münbitdir. Allah Sizdən razı olsun. Prezident İlham Əliyev: Həyətyanı sahə də var? Kişi sakin: Var, 15 sot torpaq var. Prezident İlham Əliyev: Torpaq yəqin ki, ayrılacaq. Kişi (rəsmi şəxs): Həyətyanı sahə 20 sotdan çoxdur. Prezident İlham Əliyev: Mal-qaran da var, yoxsa yox? Kişi


sakin: İnşallah, olacaq. Prezident İlham Əliyev: Əlbəttə, olmalıdır. Kişi (rəsmi şəxs): Burada heyvandarlıq kompleksləri, fermalar var. Prezident İlham Əliyev: Yəni dolanışıq burada yaxşı olacaq. Qadın sakin: İnşallah. Prezident İlham Əliyev: Artıq sizdən asılıdır, dövlət nə lazımdırsa edib. Kişi sakin: Əlbəttə, Allah dövlətimizi


qorusun, Sizi qorusun, ailənizi qorusun, nəvələrinizi qorusun. Prezident İlham Əliyev: Sağ olun, cansağlığı arzulayıram. Xoşbəxt yaşayın.The post İlham Əliyev Xocavənd kəndində sakinlərlə söhbət etdi first appeared on Günün Səsi.


İlham Əliyev Xocavənd kəndində sakinlərlə söhbət etdi

Сообщает www.gununsesi.info

 

Опубликовано: 21:04, 25.02.2026

 

Новость из рубрики: Авто

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış oldu 21:02, 25 Фев Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış oldu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd...

Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşdü  FOTOLAR 21:02, 25 Фев Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşdü – FOTOLAR Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş...

Düşmənin sonuncu yuvasını da dağıtmışıq - İlham Əliyev 21:03, 25 Фев "Düşmənin sonuncu yuvasını da dağıtmışıq" - İlham Əliyev Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır.Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ...

İcra başçısı Kazımabad kəndində sakinlərlə görüşdü - FOTOLAR 21:14, 25 Фев İcra başçısı Kazımabad kəndində sakinlərlə görüşdü - FOTOLAR Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Kazımabad kəndində yaşayan vətəndaşlarla növbəti səyyar qəbulunu keçirib. Mecra.az xəbər ve...

Prezident Xocavənd şəhərində görülmüş işlərlə tanış oldu, sakinlərlə görüşdü 21:02, 25 Фев Prezident Xocavənd şəhərində görülmüş işlərlə tanış oldu, sakinlərlə görüşdü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş...

Ərimdən ayrılandan sonra həyatımdakı ilk kişi Porsche HƏDİYYƏ ETDİ 21:02, 25 Фев Ərimdən ayrılandan sonra həyatımdakı ilk kişi “Porsche” HƏDİYYƏ ETDİ Müğənni Müjgan Ayxan “Sualdan qaçma!” yutub layihəsində şəxsi həyatı ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Milli.Az xəbər verir ki, veril...

Prezident və ailəsi sakinlərlə görüşdü - FOTOLAR 21:03, 25 Фев Prezident və ailəsi sakinlərlə görüşdü - FOTOLAR Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş...

Çaylı kəndində stadion bərpa olunur VİİDEO 21:15, 25 Фев Çaylı kəndində stadion bərpa olunur VİİDEO Çaylı kəndində stadion yenilənir: birlik və həmrəylik nümunəsiBu gün Çaylı kəndində yüksələn quruculuq ruhu qədim ənənələrin müasir davamıdır. Burada...

21:00, 25 Фев Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib - YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd...