Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti qəti qərarın tətbiq olunduğu rayonlardan biri də Qax olub. Qərara əsasən, yas mərasimlərində ehsan süfrələrinin məhdudlaşdırılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Bəs bu təcrübə gələcəkdə ölkə üzrə ümumi qaydaya çevrilə bilərmi? Sfera.az bildirir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən
ilahiyyatçı Fazil Əhməd bildirib ki, rayonlarda yas mərasimlərində israfın qarşısının alınması istiqamətində müəyyən nəticələr əldə olunub, lakin şəhərlərdə eyni yanaşma hələ tam tətbiq edilmir. İlahiyyatçı Fazil Əhməd: “Dindar valideynlər haqlı şəkildə tələb edəcəklər ki, bu norma bütün sahələrə tətbiq olunsun” Onun sözlərinə görə, problemin köklü həlli üçün
ölkə üzrə vahid və qəti qərarın qəbuluna ehtiyac var: “Qəti qərar o deməkdir ki, rayon və ya şəhər fərqi olmadan bütün ölkədə eyni qayda tətbiq olunmalıdır. Heç bir mərasim evində yemək verilməməli, yalnız çay, qənd və xurma kimi sadə ehsan təqdim edilməlidir. Bu qərar
hamıya şamil olunarsa, məsələ tam həllini tapa bilər”. İlahiyyatçı qeyd edib ki, belə bir qərarın qəbul edilməsi inzibati mexanizmlər vasitəsilə mümkündür. “Bu istiqamətdə həm Qafqaz Müsəlmanları İdarəsi, həm də dövlət qurumları, o cümlədən Nazirlər Kabineti tərəfindən addımlar atıla bilər. Vahid qaydaların tətbiqi
istər Bakı, istərsə də regionlarda yas mərasimlərinin daha sadə keçirilməsinə səbəb olar”. Bununla belə, o, yaxın vaxtlarda ölkə üzrə tam qadağa ilə bağlı konkret gözlənti görmədiyini də vurğulayıb.

Сообщает yeniera.az
Опубликовано: 21:06, 25.02.2026
Новость из рубрики: Авто
Поделиться новостью:
20:56, 25 Фев SON DƏQİQƏ! Bu verilişlərlə bağlı qərar verilir - ÖZƏL Televiziya verilişləri nəzarətə götürülüb.Azərbaycanda yayımlanan bir neçə tanınmış televiziya proqramı ilə bağlı nəzarət tədbirlərinin gücləndirildi...
21:15, 25 Фев Nazirlikdən üzərliklə bağlı xəbərdarlıq Üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər mövcuddur".Ulusum.az xəbər verir ki, bu, Səhiyyə Nazirliy...
20:59, 25 Фев Audiovizual Şuradan televiziyalarla bağlı şikayətlərə MÜNASİBƏT Son günlər Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmi veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri ilə vətəndaşlardan, eyni zamanda m...