Yüksək vəzifəyə təyin edilən Sadiq Yolçuyev kimdir?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azerbaijan International Telecom” (AzInTelecom) MMC-nin İdarə Heyətinə yeni üzv təyin edilib. YENİERA.az xəbər verir ki, bu vəzifəyə Sadiq Yolçuyev gətirilib. O, 2022-ci ilin dekabr ayından 2024-cü ilin noyabr ayına qədər “AzInTelecom” MMC-də İdarə Heyətinin müşaviri vəzifəsində çalışıb. Sadiq Yolçuyev 2021–2022-ci illərdə Rəqəmsal


İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzində Baş informasiya təhlükəsizliyi mütəxəssisi, 2013–2021-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində İnformasiya texnologiyaları şöbəsinin müdir müavini, 2004–2013-cü illərdə isə Azərbaycan Mərkəzi Bankında böyük təhlükəsizlik inzibatçısı vəzifələrində fəaliyyət göstərib. O, Bakı Dövlət Universitetində “Tətbiqi riyaziyyat və iqtisadi


kibernetika” ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Neft Akademiyasında isə “Avtomatlaşdırılmış dizayn sistemləri” ixtisası üzrə magistr dərəcəsi alıb. Qeyd edək ki, “AzInTelecom” MMC bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafiki, biznes həlləri, informasiya təhlükəsizliyi xidmətləri, SİMA rəqəmsal həllər platforması və mərkəzləşdirilmiş informasiya sistemləri


istiqamətlərində fəaliyyət göstərir.(mənbə:kredit.az)


Yüksək vəzifəyə təyin edilən Sadiq Yolçuyev kimdir?

Сообщает yeniera.az

 

Опубликовано: 21:06, 25.02.2026

 

Новость из рубрики: Авто

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

4 ay əvvəl təyin edildi - İşində qanunsuzluq aşkarlandı 21:13, 25 Фев 4 ay əvvəl təyin edildi - İşində qanunsuzluq aşkarlandı “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin “Naxçıvan Yol Təmir Tı̇kı̇nti İstı̇smar” Məhdud Məsuliyyətli Cəmı̇yyəti (MMC) yeni...