​Mehdiyevin məclisində kimlər iştirak etmişdi - FOTO

Hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham olunan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. Medialive.az metbuat.az-a istinadən xəbər verir ki, Mehdiyevlə bağlı


saxlanılan şəxslərin sırasının genişlənməsi 2020-ci ilin avqustunda keçirilən səs-küylü toy mərasimini yenidən gündəmə gətirib. Qeyd edək ki, 18 avqust 2020-ci ildə Ramiz Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy etmişdi. Bağ evində keçirilən mərasimə yalnız qohumlar və ailənin yaxın dostları qatılmışdı. O vaxt mətbuat qonaqların sırasının rəngarəng olduğuna dair


xəbərlər tirajlamışdı. Məlumatlara görə, ailənin sevincinə şərik çıxanlar arasında Ombudsman Səbinə Əliyeva və həyat yoldaşı, Milli Məclisin deputatı Siyavuş Novruzov da olub. Cütlüyün məclisdə iştirakını Siyavuş Novruzov özü o vaxt mətbuata açıqlamasında təsdiqləmişdi.


Fotoda: Səbinə Əliyeva və həyat yoldaşı Siyavuş Novruzov Yerli mətbuat mərasimdə bir neçə sabiq məmurun iştirak etdiyini vurğulamışdı. Bu sırada Bakı Metropoliteninin sabiq rəisi mərhum Tağıl Əhmədovun və xanımının da adı hallanırdı. Əhmədovların qonaqlar arasında olması sonradan öz təsdiqini tapdı. Fotoda: Tağıl Əhmədov Bəylə gəlni təbrik etməyə gələn qonaqlar arasında sabiq deputat Aqiyə Naxçıvanlı və sabiq rektor Gülçöhrə Məmmədova da olmuşdu. Hər iki xanımım məclisdə iştirakını


təsdiqləyən fotolar mövcuddur. Fotoda: Gülçöhrə Məmmədova Məlumatlara görə, toya dəvət alıb orada iştirak edənlərdən biri də sabiq baş prokuror Zakir Qaralov olub. Həmçinin AMEA-nın sabiq vitse-prezidenti Rasim Əliquliyev, sabiq deputat, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı


Elton Məmmədov və keçmiş təhsil naziri Misir Mərdanov da dəvətlilər arasında idi. Fotoda: Misir Mərdanov Qonaqların arasında bəzi məşhurlar da olub. Bu sırada Azərbaycan Dövlət Filarmoniyasının sabiq direktoru, Xalq artisti Murad Adıgözəlzadənin və həyat yoldaşı müğənni Aysel Teymurzadənin də adlarını çəkə bilərik. Hətta o vaxt Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev toy görüntülərinin yayılmasına görə müğənni Aysel Teymurzadəni ittiham etmişdi. O, Ayseli toydan müxalifət


saytlarına görüntülər ötürməkdə suçlamışdı. Fotoda: Murad Adıgözəlzadə və həyat yoldaşı müğənni Aysel Teymurzadə Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı həmin vaxt ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağan idi.


​Mehdiyevin məclisində kimlər iştirak etmişdi - FOTO

Сообщает medialive.az

 

Опубликовано: 21:13, 25.02.2026

 

Новость из рубрики: Авто

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

General oğlunun keçmiş sevgilisi: Onun nə pulu var ki, mənə ev alsın - FOTO 21:13, 25 Фев General oğlunun keçmiş sevgilisi: "Onun nə pulu var ki, mənə ev alsın?" - FOTO Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisi...