4 ay əvvəl təyin edildi - İşində qanunsuzluq aşkarlandı

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin “Naxçıvan Yol Təmir Tı̇kı̇nti İstı̇smar” Məhdud Məsuliyyətli Cəmı̇yyəti (MMC) yeni direktoru cərimələnib. Medialive.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yer təkindən qanunsuz istifadəyə görə MMC-nin qanuni təmsilçisi və direktoru İmanov Hidayət Ədalət oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə (İcazə


olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) protokol tərtib edib və işə məhkəmədə baxılıb. Məhkəmədə məlum olub ki, Babək rayonunun Nəhəcir kəndində (Qahab bələdiyyəsinin mülkiyyətində olan ərazidə) “Naxçıvan Yol Təmı̇r Tı̇kı̇nti İstı̇sma” MMC-yə qarışıq süxurun götürülməsinə icazə verilib. Amma MMC tərəfindən həmin ərazidə ayrılmış sahədən 3100 m2 kənara çıxılaraq 6665 m3 qarışıq süxur götürüb və heç bir icazə


almadan yer təkindən qanunsuz istifadə edib. Məhkəmənin qərarı ilə Hidayət İmanov İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinib və 5000 manat məbləğində cərimə edilib. Qeyd edək ki, ötən ilin noyabr ayında “Naxçıvan Yol Təmir Tikinti İstismar” MMC-nin direktoru Cəfər Muxtərov işdən çıxarılıb, yerinə Hidayət İmanov gətirilib.


4 ay əvvəl təyin edildi - İşində qanunsuzluq aşkarlandı

Сообщает medialive.az

 

Опубликовано: 21:13, 25.02.2026

 

Новость из рубрики: Авто

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

Yüksək vəzifəyə təyin edilən Sadiq Yolçuyev kimdir 21:06, 25 Фев Yüksək vəzifəyə təyin edilən Sadiq Yolçuyev kimdir? Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azerbaijan International Telecom” (AzInTelecom) MMC-nin İdarə Heyətinə yeni ü...

Ürək sağlamlığı üçün yatmazdan neçə saat əvvəl yemək faydalıdır 21:00, 25 Фев Ürək sağlamlığı üçün yatmazdan neçə saat əvvəl yemək faydalıdır? Yatmazdan müəyyən müddət əvvəl qida qəbulunu dayandırmağın vacibliyi uzun illərdir müzakirə olunur. Mütəxəssislərə görə, bu vərdiş təkcə yuxunun keyf...