İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb. Mecra.az xəbər verir ki, aparılan struktur dəyişikliyi ilə əlaqədar icra hakimiyyətinin 28 əməkdaşı vəzifəsindən azad edilib. Dəyişikliklə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətində 38 vəzifə ləğv edilib və nəticədə həmin şəxslər işini itiriblər. Onlardan 10 nəfəri müxtəlif qurumlarda müəyyən vəzifəyə təyin edilsə də,
28 nəfər yeni işlə təmin edilməyib. İcra başçısı Rafiq Cəlilovun sərəncamı ilə 28 əməkdaşinın dövlət qulluğuna xitam verilib. Məlumata görə, vəzifəsini itirənlərdən 35 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi – baş mühasibi və sürücü vəzifələrində çalışanlar olublar. Həmin
şəxslərin 7 nəfər başqa vəzifəyə təyin olunsa da, hazırda 28 nəfər işsiz qalıb. Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı vəzifələrindən azad ediliblər. (Oxu.az).

Сообщает mecra.az
Опубликовано: 21:14, 25.02.2026
Новость из рубрики: Авто
Поделиться новостью:
21:02, 25 Фев SON DƏQİQƏ: Azərbaycanda minimum əməkhaqqı artırılacaq Hazırda Əmək Məcəlləsinə edilən 2026-cı il dəyişiklikləri minimum əmək haqqına baxılmasını illik qaydaya salır. Yəni bundan sonra qanunla hər il ən a...
21:14, 25 Фев İcra başçısı Kazımabad kəndində sakinlərlə görüşdü - FOTOLAR Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Kazımabad kəndində yaşayan vətəndaşlarla növbəti səyyar qəbulunu keçirib. Mecra.az xəbər ve...