Bu gün Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Mecra.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi
birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz 2024-cü ildən etibarən Publik Hüquqi Şəxs kimi fəaliyyət göstərir. Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb. Burada, eyni
zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb. 2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Onların 385-i qadındır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji
istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir. Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma,
binaların tikintisi və istismarı, elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur. Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir. Hazırda mərkəzdə 138 nəfər çalışır. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi kadr hazırlığı istiqamətində dövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə sıx
əməkdaşlıq edir. Bu əməkdaşlığa özəl sektorla birgə kadr hazırlığı, mütəxəssislərin tədrisə cəlb olunması, istehsalat təlimləri, ustad dərsləri, həmçinin sosial və innovativ layihələrin icrası daxildir.
Сообщает mecra.az
Опубликовано: 21:14, 25.02.2026
Новость из рубрики: Авто
Поделиться новостью:
21:03, 25 Фев Prezident və ailəsi sakinlərlə görüşdü - FOTOLAR Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş...
21:02, 25 Фев Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşdü – FOTOLAR Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş...
21:02, 25 Фев AMEA-nın iclasında ŞOK: İclas o qədər maraqsızdır ki… – Fotolar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilir. “Qafqazinfo” xəbər verir ki, bugünkü iclasın gündəliyinə iki məsələ –...
21:14, 25 Фев İcra başçısı Kazımabad kəndində sakinlərlə görüşdü - FOTOLAR Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Kazımabad kəndində yaşayan vətəndaşlarla növbəti səyyar qəbulunu keçirib. Mecra.az xəbər ve...
21:00, 25 Фев Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib - YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd...
21:02, 25 Фев Prezident Xocavənd şəhərində görülmüş işlərlə tanış oldu, sakinlərlə görüşdü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş...
21:02, 25 Фев Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış oldu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd...
21:23, 25 Фев Prezident: Biznesini kengaytirmoqchi bo‘lganlarga 300 million so‘mgacha foizsiz ssuda beriladi Kecha, 24-fevral kuni Ko‘ksaroy qarorgohida Prezident Shavkat Mirziyoyevning yoshlar bilan muloqoti bo‘lib o‘tdi. Uchrashuvda Qoraqalpog‘iston Respub...