Çaylı kəndində stadion bərpa olunur VİİDEO

Çaylı kəndində stadion yenilənir: birlik və həmrəylik nümunəsiBu gün Çaylı kəndində yüksələn quruculuq ruhu qədim ənənələrin müasir davamıdır. Burada sadəcə bir stadion yenilənmir — Çaylının sabahı qurulur, gəncliyə işıqlı yol açılır, kəndin həmrəyliyi daha da möhkəmlənir.Yanvarın 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinlərlə görüşərək


stadionun bərpası ilə bağlı müraciətə yerindəcə müsbət münasibət bildirib. Bu, dövlət qayğısının və vətəndaş müraciətlərinə həssas yanaşmanın bariz nümunəsidir. Verilən dəstək kənd əhalisinə əlavə güc və inam verib, “Qazax İdman Paytaxtı 2026” hədəfinə doğru inamlı başlanğıc yaradıb.Ulusum.az-ın bölgə müxbiri xəbər verir ki, təşəbbüsün əsas başlanğıc nöqtəsi Layiq müəllimin vətənpərvər addımı olub. Ömrünü idmana həsr etmiş bir insan kimi o, həm maddi, həm də mənəvi dəstəyini


əsirgəməyib və bu işə ilk təkan verən şəxs kimi çıxış edib.Onun təşəbbüsü qısa zamanda çağırışa çevrilib və onlarla insanı bir amal ətrafında birləşdirib. Bu addım təkcə xeyirxahlıq deyil, gələcək nəsillərə qoyulan dəyərli mirasdır.Bu gün stadionun hər qarışında zəhmət və alın təri var. Kimisi dirəkləri bərkidir, kimisi torpağı hamarlayır, kimisi metal tor çəkir. Maddi dəstək göstərən hər bir xeyirxahın adı


rəsmi siyahıya alınır. Bu siyahı sadəcə adlar toplusu deyil — Çaylının birlik və qeyrət salnaməsidir.Rəhbərliklə xalqın bir amal uğrunda birləşməsi bir daha göstərir ki, Qazaxda sözlə əməl vəhdət təşkil edir. Birlik olan yerdə isə heç bir zirvə əlçatmaz deyil.Halal olsun Çaylı sakinlərinə!Bu işə bir kərpic qoyan, bir manat dəstək verən, bir saat zəhmət çəkən hər kəsə təşəkkür düşür.Belə həmrəylik olduqca [b]Qazaxın gələcəyi hər zaman işıqlı və qürurlu


olacaq.E.QuliyevUlusum.az#qazaxicrahakimiyyəti @qazaxicrahakimiyyəti


Çaylı kəndində stadion bərpa olunur VİİDEO

Сообщает ulusum.az

 

Опубликовано: 21:15, 25.02.2026

 

Новость из рубрики: Авто

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

İlham Əliyev Xocavənd kəndində sakinlərlə söhbət etdi 21:04, 25 Фев İlham Əliyev Xocavənd kəndində sakinlərlə söhbət etdi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd...

İcra başçısı Kazımabad kəndində sakinlərlə görüşdü - FOTOLAR 21:14, 25 Фев İcra başçısı Kazımabad kəndində sakinlərlə görüşdü - FOTOLAR Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Kazımabad kəndində yaşayan vətəndaşlarla növbəti səyyar qəbulunu keçirib. Mecra.az xəbər ve...

Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış oldu 21:02, 25 Фев Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış oldu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd...