Nazirlikdən üzərliklə bağlı xəbərdarlıq

Üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər mövcuddur".Ulusum.az xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin yaydığı məlumatda öz əksini tapıb.Səhiyyə Nazirliyi üzərlik bitkisi ilə bağlı vətəndaşlara müraciət edib.Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bildirib


ki, bitkinin tərkibində harmin, harmalin, harmalol və tetrahidroharmin kimi psixoaktiv alkaloidlər mövcuddur.Qeyd olunub ki, bu maddələr elmi ədəbiyyatda “harmala alkaloidləri” və ya “beta-karbolin alkaloidləri” adlanır.Məlumata görə, həmin birləşmələr mərkəzi sinir sisteminə təsir göstərərək neyrotransmitterlərin parçalanmasını ləngidir.Nazirlik vurğulayıb ki, Azərbaycanda üzərliyin tüstülənməsi ənənəvi istifadə formasıdır və birbaşa qadağa yoxdur.Lakin qanunvericiliyə


əsasən, tərkibində psixotrop təsirli maddələr olan bitkilərin dövriyyəsi məhdudlaşdırıla bilər.Bildirilib ki, bir sıra ölkələrdə üzərlik nəzarətə götürülən maddələr siyahısına daxil edilib.Xüsusilə Rusiya Federasiyası 2024-cü il 7 yanvar tarixli qərarla bu bitkini narkotik vasitələr olan bitkilər siyahısına salıb.Nazirlik xaricə səfər edən vətəndaşlara üzərlik və onun hissəciklərini üzərlərində daşımamağı tövsiyə edərək,


əks halda ağır hüquqi nəticələrin yarana biləcəyini diqqətə çatdırıb.Ulusum.az


Nazirlikdən üzərliklə bağlı xəbərdarlıq

Сообщает ulusum.az

 

Опубликовано: 21:15, 25.02.2026

 

Новость из рубрики: Авто

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

SON DƏQİQƏ! Bu verilişlərlə bağlı qərar verilir - ÖZƏL 20:56, 25 Фев SON DƏQİQƏ! Bu verilişlərlə bağlı qərar verilir - ÖZƏL Televiziya verilişləri nəzarətə götürülüb.Azərbaycanda yayımlanan bir neçə tanınmış televiziya proqramı ilə bağlı nəzarət tədbirlərinin gücləndirildi...

Audiovizual Şuradan televiziyalarla bağlı şikayətlərə MÜNASİBƏT 20:59, 25 Фев Audiovizual Şuradan televiziyalarla bağlı şikayətlərə MÜNASİBƏT Son günlər Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmi veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri ilə vətəndaşlardan, eyni zamanda m...

Yas mərasimləri ilə bağlı QƏRAR VERİLƏ BİLƏR - Qadağan ediləcək 21:06, 25 Фев Yas mərasimləri ilə bağlı QƏRAR VERİLƏ BİLƏR - Qadağan ediləcək? Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti qəti qərarın tətbiq ...